SON XƏBƏRLƏR

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini sakinlərlə görüş keçirəcək. Bu haqda bu gün, 12 yanvar tarixində Cenublu.az nazirliyə istinadən xəbər verir.

Nazir müavini Vüsal Nəsirli 24 yanvar tarixində Lənkəran sakinlərini qəbul edəcək. Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar 12-18 yanvar tarixlərində nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 – Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.