SON XƏBƏRLƏR

Nizami Kino Mərkəzində görkəmli Masallılı bəstəkar, şair, həkim, alim, pedaqoq Mir Kazım Aslanlı Sarəngin həyat və yaradıcılığına həsr olunan “Sarəng” sənədli filminin təqdimatı keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 noyabr tarixində Masallı rayon İcra Hakimiyyətinə istinadən verir.

“Masal prodakşn”ın istehsalı olan ekran əsərinin təqdimat mərasiminə Milli Məclisin deputatları, mədəniyyət işçiləri, kino mütəxəsisləri, elm xadimləri, QHT və media rəhbərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Masal prodakşn”ın baş direktoru, araşdırmaçı jurnalist Cəfər Cəfərov bildirib ki, Mir Kazım Aslanlı Sarəngin 110 illik yubileyi ərəfəsində ərsəyə gələn sənədli filmdə onun bəstəkar, şair, alim olaraq bizə miras qoyduğu irsi öyrənilir və təbliğ edilir.

Sonra Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin və Gözəl Yaşam Mərkəzinin dəstəyi ilə ərsəyə gələn sənədli filmə baxış olub.

Qeyd edək ki, “Sarəng” sənədli filminin İdeya və ssenari müəllifi Cəfər Cəfərov, quruluş və təsvir rejissoru Elsevər Əliyev, montaj rejissoru Faiq Mirzə, diktor Gültəkin Cəfərova, məsləhətçi Nurəddin Ədiloğludur.

Sənədli filmdə Mir Kazım Aslanlı Sarəng rolunu Masallı Xalq Teatrının baş rejissoru Cəmaləddin Əliyev canlandırıb.

Kənan Əliquliyev
Sizi maraqlandıran

Lənkəranlı idmançı Kənan Əliquliyevi tanıyaq

Kənan Teymur oğlu Əliquliyev 1998-ci ildə Lənkəran şəhərində anadan olub. 2004-cü ildə Lənkəran şəhərində yerləşən “Zirvə” İdman Klubunda ağır atletika idman növü ilə məşğul olmağa başlayıb. Ağır atletika üzrə 2013-cü