SON XƏBƏRLƏR

Lənkəranda kitab sərgisi çərçivəsində məşhur yazarlarla görüş və imza günü keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 may tarixində verir.

Belə ki, Gənclər Mərkəzində keçiriləcək görüşdə:

    • 6 may saat 15:00-dan 17:00-dək Aqşin Yenisey, Fəxri Uğurlu, İlham Əziz, Salam Sarvan, Şərif Ağayar;
    • 7 may saat 15:00-dan 17:00-dək isə Günel İmran, Nargis İsmayılova və İradə Qədirova ilə görüşmək şansı olacaq.

Qeyd edək ki, kitab sərgisi Heydər Əliyev Xatirə parkında (Dosa) 5-7 may saat 10:00-19:00-dək baş tutacaq. Sərgidə 30-a yaxın nəşriyyatın çap etdiyi kitabları 90%-dək endirimlə əldə etmək mümkün olacaq.