Masallı məktəbinin şagirdi 20 Yanvar faciəsinə həsr olunmuş turnirin birincisi olub. Bu haqda bu gün, 20 yanvar tarixində Cenublu.az S.Xəlilov adına Masallı rayon Qızılağac kənd 1 saylı tam orta məktəbinə istinadən xəbər verir.
Sözügedən məktəbin şagirdi Kazımlı Cəmil Elnur oğlu Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşkil etdiyi rəsm müsabiqəsində iştirak edib. O, bütün iştirakçıları geridə qoyaraq 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş turnirdə qalib olub.
Qalib Kazımlı Cəmil müsabiqənin diplomu ilə təltif olunub.