SON XƏBƏRLƏR

Masallı şəhərində “Ziyarətinə gəlmişəm, Şuşa” adlı tamaşa-kompozisiya səhnələşdirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 noyabr tarixində verir.

Tamaşa Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin səhnəsində nümayiş etdirilib. Burada rayon rəsmiləri, şəhid ailələri, qazilər, mədəniyyət işçiləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. Onlar qoyulan tamaşadan öncə Heydər Əliyevin və şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Qeyd edək ki, tamaşa-kompozisiya Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin, Masallı Xalq Teatrı aktyorlarının iştirakı ilə nümayış olunub. Tamaşanın quruluşu Masallı Xalq Teatrının rejissoru Cəmaləddin Əliyevə, səhnə tərtibatı Elsevər Əliyevə, musiqi tərtibatı isə Ruslan Zahidova məxsusdur.

Yekunda tamaşanın hazırlanmasında fəallıq göstərən tələbələr fəxri fərman və təşəkkürnamələrlə təltif olunublar.