SON XƏBƏRLƏR

Masallıda Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə balacalar üçün şənlik proqramı təşkil ediləcək. Bu haqda bu gün, 7 dekabr tarixində Masallı Regional Mədəniyyət İdarəsinə istinadən xəbər veririk.

Şou-proqramlar 26-29 dekabr aralığında hər gün baş tutacaq. Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində 3-10 yaş arası uşaqlar üçün “Yeni il” şənliyi keçiriləcək.

Biletləri Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzindən əldə etmək olar.