SON XƏBƏRLƏR

“Masallı Gənclər Evi” sosial xidmət müəssisəsində fəaliyyət göstərən “Tikiş və toxuculuq” dərnəyinə şagird qəbulu başlayıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 oktyabr tarixində verir.

Dərslərdə 14-30 yaş arası gənclər iştirak edə bilərlər. Dərslər həftəiçi 5 gün keçirilir.

Dərslərdə şişlə toxunuş, millə toxunuş, kasnak üzərində dekorativ işlər, sxemlə toxunmalar, isti geyimlərin hazırlanması, amigurumilərin hazırlanması, çertyojla paltarların biçilməsi, parça üzərində naxışlar və s. texnikalar öyrədiləcək.

Dərslərdə iştirak etmək üçün “Masallı Gənclər Evi”nin inzibati binasına gəlmək və ya (+994)50-851-44-28 nömrəsi ilə əlaqə saxlamaq olar.