SON XƏBƏRLƏR

Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində “Şuşa, ətrin duyulur” adlı tamaşa nümayiş olunacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 noyabr tarixində Masallı rayon Gənclər və İdman İdarəsinə istinadən verir.

“Şuşa ili” çərçivəsində hazırlanan tamaşanın nümayişi 5 noyabr saat 10:00-da baş tutacaq.

Tamaşada Pənahəli xan, Xurşidbanu Natəvan kimi tarixi şəxsiyyətlərlə yanaşı, 44 günlük Vətən müharibəsi dönəmində Şuşa şəhərini işğaldan azad edərkən şəhid olan Vətən müharibəsi qəhrəmanları: Ramiz Cəfərov, İntiqam Əsgərli, “Azəbaycan bayrağı” ordenli Sahib Şirəliyev, “Rəşadət” ordenli Rəfail Hüseynov və digər qəhrəman şəhidlərimizin obrazları canlandırılıb.

Jurnalist-yazar Cəfər Cəfərovun eyniadlı pyesi əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Masallı Xalq Teatrının baş rejissoru Cəmaləddin Əliyev, səhnə tərtibatçısı Elsevər Əliyevdir.

Qeyd edək ki, tamaşanın nümayişi Masallı Xalq Teatrı, Cəlilabad Xalq Teatrı, Masallı Dövlət Regional Kolleci kollektivlərinin, Masallı Rayon Gənclər və İdman idarəsinin peşəkar idmançılarının iştirakı və “Biz birlikdə güclüyük” İctimai Birliyinin dəstəyi ilə baş tutacaq.

Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon