SON XƏBƏRLƏR

Masallı rayonunda tanınmış fotostudiyalardan birinin sahibi Nurlan Abuzərli özünəməşqulluq layihəsinin iştirakçısıdır. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 may tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən verir.

Nurlan Abuzərli bildirib ki, ilk studiyasını evdə açıb. Daha sonra maraq və tələbatın çox olduğunu görərək, özünə sıfırdan bir studiya tikib. Studiyasında ad günləri, Yeni il, Novruz və məktəbə aid fonlarda çəkilişlər edir. 1, 2, 3, 4, 5 yaş və ibtidai siniflərin şagirdləri üçün və həmçinin ailəvi də çəkilişləri çox olur.

“Mənim avadanlıqlarım sıradan çıxmışdı və mənə avadanlıq lazım idi. Məşğulluq idarəsində fəaliyyətdə olan sahibkarlara, bizneslərə dəstək var. Yaxınlaşdım, oradan soruşdum: “Bizə aid bölmə də var?” Dedilər ki, var. Həmin dəqiqə də mənim qeydiyyatımı apardılar, sonra haradasa sentyabr-oktyabr ayları idi, dəvət etdilər, avadanlıqları verdilər”, – deyə o söyləyib.

“Avadanlıqlardan hal-hazırda istifadə edirəm. Önümüzdəki illərdə studiyanı daha da genişləndirməyi düşünürəm”, – fotoqraf əlavə edib.