SON XƏBƏRLƏR

Masallıda satış sərgisi baş tutacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 iyul tarixində verir.

Sərgi Heydər Əliyev Parkında 22 iyul saat 17:00-da başlayacaq.

Satış sərgisinin əsas məqsədi layihə çərçivəsində yaradılmış bizneslərin inkişafına dəstəkdir. Sərgidə müxtəlif rayonlardan olan qadın sahibkarlar öz məhsul və əl işlərini təqdim edəcəklər.

Qeyd edək ki, sərgidə iştirak edərək, ucqar ərazilərdə fəaliyyət göstərən qadın sahibkarlara dəstək olmaq mümkündür.