Masallı rayon Mədəniyyət Mərkəzində “Şəbədə” tamaşası nümayiş etdiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 noyabr tarixində Azərtac-a istinadən verir.
Belə ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə təqdim olunan tamaşa Azərbaycan Dövlət YUĞ Teatrının ifasında 14 noyabr tarixində göstəriləcək. Burada aktyorlar Oqtay Mehdiyev, Mətanət Abbas, Vüqar Hacıyev, Amid Qasımov, Elgün Həmidov, Günəş Tegin, Ziya Ağa və Ləman Mərrih çıxış edəcəklər.
Səhnə əsərinin quruluşçu rəssamı Umay Həsənova, rejissor assistenti isə Məryəm Qələndərovadır.
Qeyd edək ki, səhnə əsəri M.F.Axundzadənin “Mürafiə vəkillərinin hekayəti” əsəri əsasında rejissor Gümrah Ömərin quruluşunda hazırlanıb.