Masallıda “Pəhləvanın salnaməsi” filminin təqdimatı baş tutacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 noyabr tarixində Masallı rayon Gənclər və İdman İdarəsinə istinadən verir.
Yunan-Roma güləşi üzrə SSRİ idman ustası, Azərbaycan Respublikasının Əməkdar məşqçisi Nadir Yaqub oğlu Ağayevin (1935-1985) ömür yolundan bəhs edən sənədli filmin təqdimatı 30 noyabr saat 16:00-da Masallı rayon Mədəniyyət Mərkəzində keçiriləcək.
Gənclər və İdman Nazirliyi Masallı Rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə ərsəyə gələn filmin ssenari müəllifi Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü, jurnalist-publisist Akif Ağayev, quruluş və təsvir rejissoru Elsevər Əliyev, montaj rejissoru isə Faiq Mirzədir.