SON XƏBƏRLƏR

Masallıda gənclər üçün İT biliklərinin inkişafı məqsədilə təlimlər davam etdirilir. Bu haqda bu gün, 9 sentyabr tarixində Cenublu.az Masallı Gənclər Evinə istinadən xəbər verir.

Gənclər Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunan “Yerli” layihəsi çərçivəsində “Qrafik Dizayn” təlimləri keçirlər. Dərslər “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsində həftənin cümə günləri baş tutur.

Qeyd edək ki, təlimlər ödənişsiz keçirilir.