SON XƏBƏRLƏR

Masallıda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunan “Nə? Harada? Nə zaman?” intellektual yarışının seçmə mərhələsi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 oktyabr tarixində Masallı rayon İcra Hakimiyyətinə istinadən verir.

Bilik yarışmasına Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı, Yardımlı, Biləsuvar, Hacıqabul, Neftçala, Salyan və Şirvan rayonunun gənclərdən ibarət komandaları qatılıb.

Mübarizə şəraitində keçən yarışın yekun nəticəsinə əsasən, Şirvan, Hacıqabul və Masallı komandaları növbəti mərhələyə vəsiqə qazanıblar.