Masallıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Masallı rayon tam orta ümumtəhsil məktəblərinin X-XI inif şagirdləri arasında “Heydər Əliyev” kuboku uğrunda “Nə? Harada? Nə zaman?” intellektual yarışının final mərhələsi keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 may tarixində Masallı rayon Gənclər və İdman İdarəsinə istinadən verir.
Yarışma Masallı rayon Gənclər Evi Sosial Xidmət Müəssisəsində 25 may saat 10:00-da baş tutacaq.
Final mərhələsində Dəfinə məktəb-liseyi, Ərkivan qəsəbə 2 saylı tam orta məktəb, Gəyəçöl kənd tam orta məktəbi, Sığınacaq kənd tam orta məktəbi, Tüklə kənd tam orta məktəbi, Xırmandalı kənd tam orta məktəbi, Yeyənkənd kənd tam orta məktəbi, Bədəlan kənd tam orta məktəb iştirak edəcək.