Masallıda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş tamaşa kompozisiyası nümayiş olunacaq. Bu haqda bu gün, 9 dekabr tarixində Cenublu.az Masallı Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
“Möhtəşəm qala” adlı tamaşa 12 dekabr saat 15:00-da Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində göstəriləcək.
Masallı Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə hazırlanmış tamaşanın quruluşu Masallı Xalq Teatrının rejissoru Cəmaləddin Əliyevə, musiqisi Ruslan Zahidova, səhnə tərtibatı isə Elsevər Əliyevə aiddir.