Masallıda “Nə? Harada? Nə zaman?” formatında yarışma təşkil olunacaq. Bu haqda bu gün, 18 aprel tarixində Cenublu.az Masallı Rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
19 aprel tarixində baş tutacaq yarışma Masallı rayon Gənclər və İdman İdarəsinin,”Masallı Gənclər evi” SXM-in və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə keçiriləcək. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev kuboku” üzrə Masallı rayon tam orta məktəbləri arasında “Nə? Harada? Nə Zaman?” intellektual bilik yarışı üzrə rayon birinciliyində B qrupunda iştirak edəcək məktəblərin siyahısı:
- Mahmudavar kənd tam orta məktəbi;
- Hişkədərə kənd E.Ağayev adına tam orta məktəb;
- Miyankü kənd N.Aslanov adına tam orta məktəb;
- Şatıroba kənd N.Əkbərov adına tam orta məktəb;
- Türkoba kənd S.Vurğun adına tam orta məktəb;
- Tüklə kənd Ə.İbadov adına tam orta məktəb;
- Rüdəkanar kənd A.Qurbanov adına tam orta məktəb;
- Təzəkənd kənd R.Nəbiyev adına tam orta məktəb.