Masallıda məktəblilər arasında intellektual bilik yarışı keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 noyabr tarixində verir.
“Heydər Əliyev İli” və Zəfər Gününə həsr olunan turnir Boradigah qəsəbə 2 saylı tam orta məktəbində baş tutub. Burada hər birində 5 şagird olmaqla ümumilikdə 12 komanda yarışıb.
Yekunda qalib komandalara fəxri fərmanlar təqdim olunub.
Qeyd edək ki, tədbir Tarix-Diyarşünaslıq Muzeyi, Mərkəzi Kitabxana və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə həyata keçirilib.