SON XƏBƏRLƏR

Şagirdlərin biliklərini sınamaq məqsədilə “Nə? Harada? Nə zaman?” adlı yarışma baş tutub. Bu haqda bu gün, 19 aprel tarixində Cenublu.az Masallı Rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.

Masallı rayon Gənclər və İdman İdarəsinin, ”Masallı Gənclər evi” SXM-in və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev kuboku”nun B qrupunun oyunları keçirilib. İlk olaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bu gün B qrupu üzrə 8 məktəb komandası mübarizə aparıb. I yerə Tüklə kənd Ə.İbadov adına tam orta məktəbin komandası, II yerə Şatıroba kənd N.Əkbərov adına tam orta məktəbin komandası, III yerə isə Rüdəkanar kənd A.Qurbanov adına tam orta məktəbin komandası layiq görülərək növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, 64 tam orta məktəbi əhatə edəcək yarışda 8 qrup uzrə oyunlar təşkil ediləcək. Qruplar üzrə I yeri tutan məktəb komandaları “Nə? Harada? Nə Zaman?” bilik yarışının finalına, II yeri tutmuş məktəb komandaları “Breyn rinq” bilik yarışının finalına və III yeri tutmuş məktəb komandaları “Xəmsə” Milli İntellektual oyununun final mərhələsinə vəsiqə qazanacaqlar.