SON XƏBƏRLƏR

8 Noyabr – Zəfər Günü münasibəti ilə Masallı rayon tam orta ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Dəmir Yumruq” mövzusunda “Breyn rinq” intellektual bilik yarışı keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 noyabr tarixində verir.

Belə ki, yarışma ASAN İntellektual İnkişaf Mərkəzində 3 noyabr saat 10:00-da baş tutacaq.

ASAN İntellektual İnkişaf Mərkəzinə gələrək “Breyn rinq” intellektual bilik yarışmasında iştirak edə bilərsiniz.

Qeyd edək ki, yarışma ASAN İntellektual İnkişaf Mərkəzində “Masallı Gənclər Evi” SXM-in, Masallı rayon Gənclər və İdman idarəsinin və Lənkəran-Astara regional Təhsil İdarəsinin Masallı rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə baş tutub.