SON XƏBƏRLƏR

Masallı Tarix Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Şuşa ili və 8 Noyabr- Zəfər Gününə həsr olunmuş Masallı şəhər məktəbliləri arasında intellektual bilik yarışı keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 noyabr tarixində Masallı Regional Mədəniyyət İdarəsinə istinadən verir.

Masallı şəhər 4 saylı tam orta məktəbində baş tutan yarışda şəhər məktəbləri üzrə ümumilikdə 8 komanda iştirak edib.

3 turdan ibarət gərgin mübarizənin sonunda:

  • I yerə – N. Nərimanov adına şəhər 2 saylı tam orta məktəb;
  • II yerə – N. Əsgərli adına şəhər 3 saylı tam orta məktəb;
  • III yerə – Dəfinə məktəb-liseyi layiq görülüb.

Yekunda digər komandalara da iştiraklarına görə “Təşəkkürnamə”lər təqdim olunub.