Masallı rayonunda Konstitusiya Gününə həsr olunmuş tədbir təşkil edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 noyabr tarixində verir.
Görüş Mərkəzi Kitabxana Sisteminin Qəriblər kənd kitabxana filialında baş tutub. Tədbirdə çıxış edən filialın müdiri Elnur Paşayev Dövlət Konstitusiyasının qəbul olunma tarixi haqqında məlumat verib. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının tarixindən, ən ali qanunvericilik sənədinin dövlətimizin inkişafında oynadığı roldan, Konstitusiyaya edilən əlavə dəyişikliklərdən danışıb.