SON XƏBƏRLƏR

Masallıda “Heydər Əliyev irsi milli sərvətimizdir” mövzusunda “Breyn-rinq”  intellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 may tarixində Masallı rayon Gənclər və İdman İdarəsinə istinadən verir.

Ümummilli lider Heydər Əliyevin fəaliyyəti ilə bağlı mövzuları əhatə edən suallar əsasında keçirilən bilik yarışında:

  • I yerə Hüseynhacılı kənd tam orta məktəbinin “Qarabağ” komandası;
  • II yerə Böyük Xocavar kənd B.Məmmədov adına tam orta məktəbin “Zirvə” komandası;
  • III yerə Qarğalıq kənd Ə.Vəliyev adına tam orta məktəbin “Xarı bülbül” komandası layiq görülüb.

Sonda qalib komandalara diplomlar və hədiyyələr təqdim edilib.

Qeyd edək ki, yarışma “ASAN” İntellektual İnkişaf Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin, Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatının, “Masallı Gənclər Evi” SXM-in, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə baş tutub.