SON XƏBƏRLƏR

Masallı Gənclər Evində “Gənclərin karyera inkişafı və yüksəlişi” mövzusunda maraqlı görüş baş tutacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 fevral tarixində verir.

9 fevral saat 14:00-da baş tutacaq görüşdə Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyinin idarə heyətinin sədri, Azərbaycan Menecment və İnvestisiya Korporasiyasının direktoru, “Böyük Qayıdış” MMC-nin təsisçisi Emin Əliyev öz karyera inkişaf yolundan bəhs edəcək, Azərbaycan, eləcə də xarici ölkələrdə qazandığı təcrübələrini, həmçinin gənclərin karyera inkişafı və yüksəlişi üçün lazımi məsləhətlərini bölüşəcək. Qeyd edək ki, o, İsrail, Yaponiya, Almaniya kimi ölkələrdə təhsil alıb.

Qeydiyyat linki:

https://docs.google.com/…/1OACos…/edit…