SON XƏBƏRLƏR

“Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə “Əsas həyat bacarıqları” təlim proqramı çərçivəsində gənclər üçün “Qərar qəbuletmə” mövzusunda növbəti təlim keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 dekabr tarixində verir.

Təlimdə gənclər:

  • Qaydalar,
  • Qərar qəbuletmə,
  • PAUSE adlı qərar qəbuletmə prosesi,
  • Qərar qəbuletmə mərhələlərini hipotetik və real həyat şəraitində necə tətbiq etmək mövzularında ətraflı məlumatlar əldə ediblər.

Həmçinin gənclərlə müxtəlif praktiki tapşırıqlar, qrup işləri və enercayzerlər təşkil olunub.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və UNİCEF-in birgə tərəfdaşlığı, “Masallı Gənclər Evi” SXM-in təşkilatçılığı ilə reallaşır.

Təlimlər “Masallı Gənclər Evi” SXM-in metodisti Tural Sadıqov və dərnək rəhbəri Məhəmməd Hüseynov tərəfindən keçirilib.