SON XƏBƏRLƏR

“Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə “Əsas Həyat Bacarıqları” təlim proqramı çərçivəsində gənclər üçün “Özünü qiymətləndirmə” mövzusunda növbəti təlim keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 noyabr tarixində verir.

Təlimdə gənclər özünü qiymətləndirmə, özünə inam, özünütəhlil, əsas ehtiyaclarımıza diqqət yetirmə haqqında məlumatlar əldə etdiblər.

Həmçinin gənclərlə müxtəlif praktiki tapşırıqlar, qrup işləri və enercayzerler təşkil olunub.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və UNİCEF-in birgə tərəfdaşlığı, “Masallı Gənclər Evi” nin təşkilatçılığı ilə reallaşıb.

Təlimlər “Masallı Gənclər Evi” SXM-in metodisti Tural Sadıqov və dərnək rəhbəri Məhəmməd Hüseynov tərəfindən keçirilib.