SON XƏBƏRLƏR

Masallı Gənclər Evi sosial xidmət müəssisəsində gənc bərbərlər üçün seminar keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 oktyabr tarixində Masallı rayon Gənclər və İdman İdarəsinə istinadən verir.

Seminar gənclərin peşəyönümü işinin gücləndirilməsi məqsədilə peşəkar bərbər Vahab Axundzadə tərəfindən keçiriləcək. Bərbərlik peşəsinin sirlərinə dərindən yiyələnmək istəyən gənclər seminara qoşula bilərlər.

Qatılmaq istəyənlər 10 oktyabr saat 11:00-da Masallı Gənclər və İdman İdarəsinə müraciət edə bilərlər.

Qeyd edək ki, seminar Masalı rayon Gənclər və İdman İdarəsi və Masallı Gənclər evi SXM-in birgə təşkilatçılığı ilə keçiriləcək.