Masallıda “Yaşasın Azərbaycan” adlı tədbirlər planına əsasən, 8 Noyabr – Zəfər Günü münasibətilə Vətən müharibəsi iştirakçıları ilə “Dastan yazan qəhrəmanlar” adlı görüş keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 noyabr tarixində verir.
Görüş zamanı vətənpərvərlik klubunun sədri Vətən müharibəsi şəhidləri haqqında təqdimatlar edib, onların döyüş yolundan bəhs edib. Qazilər vətənpərvərlik klubu ilə tanış olduqdan sonra asudə vaxtlarını səmərəli keçirmək üçün tir atıcılığı yarışında iştirak ediblər.
Qeyd edək ki, tədbir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, Masallı Gənclər Evi SXM-in birgə təşkilatçılığı ilə baş tutub.