SON XƏBƏRLƏR

Masallıda “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda 9-12 və 13-15 yaş kateqoriyası üzrə rayon tam orta ümumtəhsil məktəblilərinin şagirdləri arasında rəsm müsabiqəsi keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 yanvar tarixində verir.

Müsabiqə 18 yanvar saat 10:30-da “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin inzibati binasında baş tutacaq.

Qeyd edək ki, müsabiqə Masallı rayon Gənclər və İdman idarəsinin, “Masallı Gənclər Evi” SXM-in və Lənkəran-Astara regional Təhsil İdarəsinin Masallı rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə baş tutacaq.