18 may – Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Masallı Tarix-Diyarşünaslıq Muzeyində “açıq qapı” olacaq. Bu haqda məlumatı Cenublu.az verir.
Belə ki, 18-25 may tarixlərində muzeyə sərbəst giriş təmin ediləcək.
Qeyd edək ki, Beynəlxalq Muzeylər Günü – Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildən etibarən 18 may tarixində qeyd edilir.