Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialının təşkilatçlığı ilə Masallı şəhərində əmək yarmarkası keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 aprel tarixində verir.
Tədbir 27 aprel saat 11:00-da Masallı şəhəri, Talışxanov küçəsində yerləşən Masallı Olimpiya İdman Kompleksində baş tutacaq. Yarmarkada Masallı rayonu üzrə 25 müəssisə tərəfindən 267-dən çox vakansiyanın əmək yarmarkasına çıxarılması nəzərdə tutulub.
Yarmarkaya namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır. Əgər CV-niz yoxdursa, Dövlət Məşğulluq Agentliyi tərəfindən istifadəyə verilən CV Yarat platformasından (www.cvyarat.az) yararlana bilərsiniz.
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.