SON XƏBƏRLƏR

Masallıda mədəniyyət işçısı “Tərəqqi” medalı ilə təltif olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 fevral tarixində Masallı rayon İcra Hakimiyyətinə istinadən verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 30 illiyi münasibətilə ölkədə həmkarlar hərəkatının inkişafında xidmətlərinə görə Respublika Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Masallı rayon komitəsinin sədri, Masallı Rayon Mədəniyyət Mərkəzinin direktoru İsmailov Vəkil Əli oğlu “Tərəqqi” medalı ilə təltif olunub.