Masallı Gənclər Evi sosial xidmət müəssisəsinin inzibati binasında “Qarabağ Azərbaycandır” mövzusunda rəsm müsabiqəsi keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 oktyabr tarixində verir.
Gənclərin vətənpərvərlik hisslərinin yüksəldilməsi məqsədilə keçiriləcək müsabiqə 7 oktyabr saat 10:00-da baş tutacaq.
Qeyd edək ki, müsabiqə “Masallı Gənclər Evi” SXM-in və Masallı rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə keçiriləcək.