SON XƏBƏRLƏR

1920-ci ildə Sovet Azərbaycanında savad və tikiş dərnəkləri vasitəsilə qadınların fəallaşdırılması üçün ölkənin ilk tikiş dərnəyi yaradılır. Dərnək çörəkçi ailəsinin qızı Ceyran Bayramovanın (1896-1987) təşəbbüsü ilə qadınların savadsız və gücsüz qalmasına səbəb olan adət-ənənələrdən azad olmaları məqsədilə ərsəyə gəlir.

Daha sonra bütün ölkə boyunca dərnəklər açılmağa başlayır və qadınlar ərlərinin və atalarının gözündən uzaqda tikiş maşınlarına sığınaraq sənət öyrənirlər.

Düz bir əsr sonra – artıq müstəqil Azərbaycanda Masallıdan olan Kifayət Talıbzadə də qadınlara kömək etmək üçün ənənəvi sənətkarlığa üz tutur.

Kifayət Polşada universiteti bitirdikdən sonra doğulduğu Masallı rayonuna qayıdır və burada bir çox çətinlikləri əngəlləyərək, 2019-cu ildə dörd qadınla birgə “AzərCorab” toxuculuq dərnəyini yaradır.

Bir çox yerlərdə olduğu kimi, Masallıda da bəzi ailələrdə qadınlar kişilərlə bərabər hüquq daşımırlar. Onlar evdən çıxmaq və ya işləmək üçün kişilərdən icazə almalı olurlar. Lakin bu layihə onlara evdən bayıra çıxmadan ailənin kişi üzvləri ilə bərabər fəaliyyət göstərməyə kömək edir. Bu iş onlara pul qazanmağa və “evdə oturmaq” kimi sosial və psixoloji təzyiqi aradan qaldırmağa dəstək olur.

Hazırda Masallıda dərnəyin 20 toxucusu var və onların sayı hər ay artır.

12(10)
8(7)
7(11)
9(4)
11(17)
5(38)
6(24)
10(14)
12(10) 8(7) 7(11) 9(4) 11(17) 5(38) 6(24) 10(14)

Artıq “AzərCorab” toxucuları ABŞ-dən Yeni Zelandiyaya qədər hər yerdə öz müştərilərinə evdə hazırlanmış corablar satırlar. (https://azerjorab.com/)

Onlar 40-dan çox iştirakçının qatıldığı Fransız-Alman Gender mükafatının qalibi olublar. 5 sentyabr 2022-ci ildə alman səfirliyinin nümayəndələri toxucu qadınların qonaqları olublar və qadınlarımız onlar üçün piknik təşkil ediblər.

Azərbaycanın milli adət-ənənələrini dünyaya tanıtmaqda rol oynayan “AzerJorab” nəinki yerli, hətta xarici turistlərin də marağına səbəb olub.

photo_2022-09-16_11-57-20(1)
photo_2022-09-16_11-57-23 (2)(1)
photo_2022-09-16_11-58-15 (3)(1)
photo_2022-09-16_11-57-22 (2)(1)
photo_2022-09-16_11-57-23(1)
photo_2022-09-16_11-57-20(1) photo_2022-09-16_11-57-23 (2)(1) photo_2022-09-16_11-58-15 (3)(1) photo_2022-09-16_11-57-22 (2)(1) photo_2022-09-16_11-57-23(1)