SON XƏBƏRLƏR

Masallı rayon Gənclər və İdman İdarəsində gənclər arasında “Pes 2013” kompüter oyunu üzrə rayon çempionatının qalibləri mükafatlandırılıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 sentyabr tarixində verir.

Mükafatlandırma mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov çıxış edərək qalibləri təbrik edib və yarışın keçirilməsində əsas məqsədin gənclərin asudə vaxtlarının səmərəli təşkilinə, onların məntiqi təfəkkürünün inkişafına nail olmaqdan ibarət olduğunu vurğulayıb.

Çempionatın nəticələrinə əsasən:

  • I yerə Nəcəfov Xəyal Akif oğlu;
  • II yerə Mirzəyev Elton Lazım oğlu layiq görülüblər.

Qaliblərə diplom və pul mükafatı təqdim olunub.

Qeyd edək ki, çempionat Masallı rayon Gənclər və İdman İdarəsinin və “VİP 222 PlayStation” kompüter oyunları klubunun birgə təşkilatçılığı ilə baş tutub.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər