SON XƏBƏRLƏR

Masallı Gənclər Evində “Kinomaniya” adlı yeni bir layihəyə start verilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 oktyabr tarixində verir.

İlk film nümayişi 14 oktyabr saat 16:00-da baş tutacaq. “Her çocuk özeldir” adlı film problemli uşaq və onun həyatını dəyişən müəllimin hekayəsindən bəhs edir.

Qeyd edək ki, “Kinomaniya” layihəsi çərçivəsində ay ərzində hər həftə 2 film nümayiş olunacaq. Nümayiş etdiriləcək filmlər Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən müəyyənləşdirilir. Seçilmiş 8 filmdən biri animasiya janrındadır və Gənclər evində azyaşlılara nümayiş etdirilməsi üçün nəzərdə tutulub. Digər 7 film əsasında isə izləyicilər arasında “Kinomaniya” əyləncəli intellektual yarışı keçiriləcək. Yarışın sonunda qalib komandaya aylıq Netflix paketi (4 nəfərlik) və qalib komandanın hər üzvünə hədiyyələr (fincan, bloknot, kepka, qələm, qolbaq, hədiyyə paketi) təqdim olunacaq.