Masallıda GİKM tərəfindən “Dil klubu” daxilində ingilis dilində danışıq dərsləri davam edir. Bu haqda bu gün, 23 avqust tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.
Layihə çərçivəsində gənclər ingilis dilində yeni sözlər öyrənir, öyrəndiklərini danışıqda tətbiq edirlər. Masallı GİKM dərsləri həftədə 2 dəfə tədris edir. Kursun 3 ay müddətində davam edəcəyi planlaşdırılır.
“Dil klubu”nun təşkil olunmasında məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, ingilis dilinin öyrənilməsinə köməklik, həmçinin dünyagörüşünün artırılmasıdır.
Hər ayın sonunda yeni qrupların yaradılması planlaşdırılır. Dərslərdə iştirak etmək istəyən 14-29 yaşlı gənclər GİKM-in Masallı nümayəndəliyinə müraciət edə bilərlər.