SON XƏBƏRLƏR

Masallı gənclərini 21-27 noyabr tarixlərində maraqlı təlimlər gözləyir. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 noyabr tarixində Masallı GİKM–ə istinadən verir.

Belə ki, 22 noyabr saat 14:00-da “Şəxsi inkişaf təlimləri” layihəsi çərçivəsində “Masallının ehtiyacları  piramidası” mövzusunda təlim keçiriləcək.

25 noyabr saat 14:00-da “Dövlət qulluqçusu ol” layihəsi çərçivəsində gənclərə dövlət qulluğu, qəbul qaydaları, bu sahədə mövcud qanunvericilik izah ediləcək.

27 noyabr saat 11:00-da “Dil klubu” layihəsi çərçivəsində ingilis dili danışıq dərsi baş tutacaq.