SON XƏBƏRLƏR

Masallı gəncləri üçün 17-23 oktyabr tarixinə olan həftəlik fəaliyyət planı açıqlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 avqust tarixində verir.

Belə ki, 17 oktyabr saat 14:00-da “Əsas Həyat Bacarıqları” layihəsi çərçivəsində “Münasibətlərin idarə edilməsi” mövzusunda görüş baş tutacaq.

18 oktyabr saat 10:30-da Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir baş tutacaq.

20 oktyabr saat 14:00-da  “Əsas Həyat Bacarıqları” layihəsi çərçivəsində “Ünsiyyət tərzi, inamlı ünsiyyət” mövzusunda görüş olacaq.

21 oktyabr “SəhnəmİZ” layihəsi çərçivəsində “İmitasiya” adlı təlim keçiriləcək.

22 oktyabr saat 14:00-da “Əsas Həyat Bacarıqları” layihəsi çərçivəsində “Məqsəd müəyyənləşdirmə” mövzusunda təlim baş tutacaq.

23 oktyabr saat 10:00-da “Dil klubu” layihəsi çərçivəsində “İngilis dilindən danışıq dərsi”, saat 14:00-da isə “Əsas Həyat Bacarıqları” layihəsi çərçivəsində “Qərar qəbuletmə” mövzusunda təlim keçiriləcək.