SON XƏBƏRLƏR

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyində gənclər üçün təlim keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarixində Masallı RİH-yə istinadən verir.

Nümayəndəliyin direktoru, təlimçi Aynur Tağıyevanın təqdimatında keçirilən budəfəki təlimdə “Maslovun Ehtiyaclar Piramidası” mövzusundan danışılıb.

“Ruhi”, “Özünü reallaşdırma”, “İdrak”,  “Estetik”, “Hörmət”, “Aidolma”, “Təhlükəsizlik”, “Fizioloji” kimi  ehtiyaclardan  danışılan təlim zamanı gənclər piramidanın bütün pillələrini ayrı-ayrılıqda müzakirə edib, fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, təlimdə müxtəlif enercayzer və komanda işləri icra olunub.