SON XƏBƏRLƏR

Bu gün yunan-Roma güləşi üzrə SSRİ və Avropa çempionu, Beynəlxalq dərəcəli idman ustası, Respublikanın Əməkdar məşqçisi Əli Əliyevin doğum günüdür.

Əli Müslüm oğlu Əliyev 10 oktyabr 1957-ci ildə Masallı rayonunun Ərkivan kəndində (Qızlaküçə) anadan olub. 1973-cü ildə Bağlaküçə kənd səkkizillik məktəbini bitirib. Sonra təhsilini Respublika İdman təmayüllü orta ümumtəhsil internat məktəbində davam etdirib. 1976-1978-ci illərdə hərbi xidmətdə olub. 1982-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib.

Ə.Əliyev ilk məşqlərə 1969-cu ildə, tanınmış pəhləvan, Azərbaycanın Əməkdar məşqçisi Nadir Ağayevin (1935-1985) yanında başlayıb. İlk böyük uğuruna 1974-cü ildə imza atan Əli Əliyev məktəblilərin Ümumittifaq Spartakiadasında üçüncü yerə sahiblənib. Yarışdan-yarışa daha inamla çıxış edən gənc pəhləvan elə həmin il İtaliyanın Faenço şəhərində keçirilən beynəlxalq turnirin qızıl mükafatını qazanıb.

1975-ci ildə Ukraynanın Zaparojye şəhərində SSRİ kubokunun (beş görüşü udub) sahibi olub. 1976-cı ildə gənclər arasında SSRİ və Avropa çempionu (Polşa, Poznan şəhəri) adını qazanıb. 1977-ci ildə ABŞ-də (Las-Veqasda) keçirilən dünya çempionatının bürünc medalçısı olmaqla güləş karyerasının ən yüksək pilləsinə qalxıb.

Gənc atlet 1979-cu ildə SSRİ xalqlarının VII Spartakiadasında (57 kiloqram çəki dərəcəsində) dördüncü, 1982-ci ildə SSRİ çempionatında (Zaporojye şəhərində) ikinci yerin sahibi kimi güləş həvəskarlarının yaddaşında qalıb.

Əli Əliyev uzun müddət Daxili İşlər Nazirliyinin “Dinamo” İdman Cəmiyyətində məşqçi-müəllim işləyib. Hazırda təqaüddədir. Ehtiyatda olan polis polkovnik-leytenantıdır. Yetirmələri arasında Avropa çempionları, dünya, olimpiya mükafatçıları var.

Ailəlidir, 3 övladı, 4 nəvəsi var. Onun yolunu davam etdirən övladları Rüstəm və Fuad beynəlxalq aləmdə Vətənimizin idman şərəfini layiqincə qoruyublar. Hər ikisi yunan-Roma güləşi üzrə idman ustasıdır. Dəfələrlə respublika çempionu olmuş Rüstəm beynəlxalq turnirlərin mükafatçısı, Dünya kubokunun sahibidir. Fuad isə Avropa və Dünya birinciliklərinin mükafatçısıdır. Hər ikisi Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarında çalışırlar.

Astara Burzubənd
Yollarda vəziyyət

Astarada şəhidin evinə gedən yol pis vəziyyətdədir

Astara rayonunun Burzubənd kəndinin yolu keçilməz vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 iyun tarixində verir. Sakinlər bildirirlər ki, şəhid Rövşən Ramazanovun evinə gedən yol pis vəziyyətdədir. “Bu yolu

Ələt-Astara yolu
Yollarda vəziyyət

Magistral yolda işıqfor işləmir

Köhnə Ələt-Astara magistralının Şiləvar kəndi ərazisindən keçən hissəsində artıq 4 gündür ki, işıqfor işləmir. Bu haqda məlumatı Cenublu.az bu gün,