SON XƏBƏRLƏR

Masallıda gənclər üçün “Anti-bullinq” adlı təlim keçiriləcək. Bu haqda bu gün, 9 fevral tarixində məlumat Masallı Gəncləri rəsmi İnstagram hesabında paylaşılıb.

10 fevral saat 11:30-da baş tutacaq təlimin qonağı “LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Lənkəran filialının psixoloqu Fərrux Əliyev olacaq.

Masallı Heydər Əliyev Mərkəzində keçiriləcək görüş zamanı Fərrux bəy aşağıdakı mövzulardan danışacaq:

▫️ Bullinq nədir və hansı növləri var;

▫️ Bullinqə yol açan səbəblər nələrdir;

▫️ Bullinqin fəsadları özünü hansı yöndə göstərir;

▫️ Bullinq hallarının aradan qaldırılması üçün hansı işlər aparılmalıdır.

Qeydiyyat üçün link https://docs.google.com/forms/d/e/1FAIpQLSfWMf-l8i70ixl8Yvp-Cqxauk02xAK6J1sWTcaLKoAyhJPgoQ/viewform

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər