SON XƏBƏRLƏR

Gənclərin İnkişafı və Karyera Mərkəzi Masallı nümayəndəliyi gənclər üçün maliyyə biliklərini artırmaq məqsədli təlim təşkil edəcək. Bu haqda məlumat bu gün, 21 yanvar tarixində Masallı Gəncləri rəsmi Facebook səhifəsində paylaşılıb.

“Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək” layihəsi çərçivəsində baş tutacaq təlim Lənkəran KOB İnkişaf Mərkəzinin direktoru Rafət Şirəliyev tərəfindən keçiriləcək. Görüş 22 yanvar saat 10:00-da Masallı Heydər Əliyev Mərkəzində təşkil olunacaq.

“Maliyyə savadlılığı” adlı təlimdə gənclərlə büdcə idarəetməsi, kredit, debit kimi mövzular müzakirə ediləcək. Təlim zamanı iştirakçılar “Yığım” masaüstü simulyasiya oyununu oynacaqlar.

İştirak etmək üçün qeydiyyat linki:

https://docs.google.com/…/1FAIpQLSfWMf…/viewform…