SON XƏBƏRLƏR

Masallı rayon Mərkəzi Kitabxanasında Ziya Bünyadovun doğum günü ilə bağlı “Elm fədaisi – Ziya Bünyadov!” adlı tədbir keçirilib. Bu haqda məlumatı bu gün, 22 dekabr tarixində Masallı Regional Mədəniyyət İdarəsi verib.

Tədbirdə çıxışlar zamanı Ziya Bünyadovun maraqlı və nümunəvi həyat yolundan danışılıb. Həmçinin, onun professor Vasim Məmmədəliyevlə birgə Quranı Azərbaycan dilinə tərcümə etdiyindən və digər əvəzsiz xidmətlərindən söz açılıb.

Qeyd edək ki, böyük alimimizin doğum günü ilə bağlı Cenublu.az onun haqda 7 maraqlı fakt hazırlamışdır.