SON XƏBƏRLƏR

Masallı gəncləri üçün 23 dekabr saat 10:30-da “Sağlam OL” layihəsi çərçivəsində “Ekoloji tərbiyə” adlı təlim keçiriləcək. Bu haqda məlumatı Gənclərin İnkişaf və Karyera mərkəzinin Masallı nümayəndəliyi verib.

Təlim MOCI-Qafqaz platformasının yeni təlimçisi, ekoloq Aynur Tağıyeva tərəfindən Masallı Heydər Əliyev Mərkəzində baş tutacaq.

  • Müzakirə ediləcək mövzular:
  • Ətraf mühitdə insan faktoru;
  • Ekoloji məsuliyyət;
  • Ekoloji tərbiyə və ekoloji tərbiyənin inkişafına yol açan beynəlxalq əlaqələr.

Qeydiyyat üçün link: https://docs.google.com/…/1FAIpQLSfWMf…/viewform…