SON XƏBƏRLƏR

22 dekabr saat 20:00-da Masallı gəncləri üçün “Cənub bölgəsində turizm imkanları və perspektivlər” adlı təlim keçiriləcək. Bu haqda məlumatı Gənclərin İnkişaf və Karyera mərkəzinin Masallı nümayəndəliyi verib.

Təlim “Cənub mirvarisi” turizm şirkətinin rəhbəri, təlimçi Samir Axundov tərəfindən Zoom vasitəsilə keçiriləcək.

Müzakirə ediləcək mövzular:

  • Cənub bölgəsində turizm imkanları;
  • Tur paketlərin yaradılması və s.

Qeydiyyat üçün link: https://docs.google.com/…/1FAIpQLSff9…/viewform…

Görüşdə iştirak üçün Zoom linki qeydiyyatdan keçən şəxslərə göndəriləcək.