SON XƏBƏRLƏR

Masallı rayon tam orta ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında “Xəmsə” Milli İntellektual oyunu üzrə “Zəfər kuboku” keçiriləcək. Bu haqda məlumatı Masallı rayon Gənclər və İdman idarəsi verib.

Yarışın ilk günü 7 aprel saat 10:00-da Masallı şəhər İ.Əsgərov adına 3 saylı tam orta məktəbdə baş tutacaq.

Qeyd edək ki, “Xəmsə” Milli İntellektual oyunu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunub.