SON XƏBƏRLƏR

Bu gündən  Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə şagird sayı 500-dək və direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə işə qəbul prosesi ilə bağlı sənəd qəbuluna başlanılır. Bu haqda məlumatı Cenublu.az Lənkəran-Astara Regional Təhsil İdarəsinə istinadən bu gün, 24 iyun tarixində verir.

 

Müsabiqədə Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Astara, Cəlilabad, Masallı, Lənkəran, Lerik və Yardımlı rayonlarının ümumi təhsil müəssisələrinin vakant olan direktor vəzifələrində çalışmaq istəyən şəxslər iştirak edə bilər.

Sənədlər Lənkəran-Astara Regional Təhsil İdarəsində yaradılmış komissiyaya təqdim olunmalıdır.

Tələb olunan sənədlər:

  • kadrlar uçotunun şəxsi vərəqəsi;
  • şəxsiyyəti təsdiq edən sənədin surəti;
  • təhsil haqqında sənədin və ona əlavənin surəti;
  • əmək kitabçasının surəti.

Sənədləri şəxsən namizədlərin özləri təqdim etməlidir.

Sənədlərin qəbulu 30 iyun 2022-ci il tarixinədək davam edəcək.

Şagird sayı 150-dək olan ümumi təhsil müəssisələrinə qəbul yalnız müsahibə yolu ilə, şagird sayı 151-500 aralığında olan müəssisələrə müsabiqə test və müsahibə yolu ilə Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək.

Namizədlər üçün tələblər:

  • pedaqoji ixtisas üzrə ali təhsil;
  • 5 ildən az olmayaraq pedaqoji staj;
  • hazırda ümumi təhsil müəssisəsində pedaqoji fəaliyyətlə məşğul olma.

Üstünlük veriləcək namizədlər:

  • Müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirilmə imtahanında yüksək nəticə əldə etmiş şəxslər;
  • 2021-ci ildə keçirilmiş direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində uğur qazanmış, müsahibədə iştirak etməmiş namizədlər.

Test imtahanında keçid balı 24-dür. 2021-ci ildə keçirilmiş direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində uğur qazanmış (24 baldan yuxarı nəticə göstərmiş şəxslər), müsahibəyə dəvət olunmamış namizədlər birbaşa müsahibə mərhələsinə dəvət olunacaq.

Müsahibə zamanı yoxlanılacaq meyarlar:

  • Vəzifə üzrə nəzəri biliklər;
  • İdarəetmə bacarıqları;
  • Şəxsi keyfiyyətlər.

Hər meyar 5 ballıq şkala əsasında qiymətləndirilir və keçid balı 3 baldır.

Astara, Cəlilabad, Masallı, Lənkəran, Lerik və Yardımlı rayonlarının ümumi təhsil müəssisələrinin vakant yerlərini aşağıdakı linkdən əldə edə bilərsiniz:

https://drive.google.com/…/1t1G94u7m8DKyxnQfgX…/view..

 

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda