SON XƏBƏRLƏR

Rusiyanın NTV kanalında yayımlanan məşhur “Поедем, Поедим” verilişi bu dəfə Lənkəranda olub. Bu haqda məlumatı Cenublu.az kanala istinadən verir.

Belə ki, Azərbaycandan reportaj hazırlayan verilişin aparıcısı Federiko, cənub mətbəxinin ləziz yeməyi olan ləvənginin hazırlanma prosesini təqdim edib. Həmçinin, o, zəhmətkeş qadınlarımızın yükü başlarında daşımasını sınamaq istəsə də, alındıra bilməyib. Daha sonra, o, başında səbət ilə milli rəqsimizi oynayıb.

Eyni zamanda, verilişdə Lənkəranın məşhur sitrus bağları haqda ətraflı danışılacaq.

Qeyd edək ki, veriliş NTV kanalında 4 dekabr saat 09:50 (Bakı vaxtı ilə) yayımlanacaq.