Lənkəran rayonu Liman şəhər 1 nömrəli tam orta məktəbdə “Qarabağın memarlığı və mədəniyyəti” mövzusunda açıq dərs keçirilib. Bu haqda məlumat Lənkəran şəhər Təhsil şöbəsinin rəsmi Facebook səhifəsində verilib.
Açıq dərs xüsusi karantin rejimi qaydalarına riayət edilməklə məktəbinin VII sinfində müəllim Cəfərli Vəcihənin təsviri incəsənət dərsində baş tutub.
Qeyd edək ki, dərsdə müasir təlim metodlarından istifadə olunub və şagirdlərə Qarabağ haqda müxtəlif prezentasiyalar təqdim olunub.